Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
“İki sahil” xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Bəhruz Məhərrəmov: Nə Ramiz Mehdiyev, nə də onun radikal müxalifətdəki mitinq kuklaları...
Ramiz Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib - Firudin Cəlilov
Azərbaycan BMT-də beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı həmrəyliyə çağırıb