6 oktyabr 2025-ci il tarixində Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən 5-ci Merlər Forumu öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, Forumda Azərbaycanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev təmsil edir.
UNECE-nin təşəbbüsü ilə keçirilən Merlər Forumu dövlət və şəhər rəhbərlərinin, beynəlxalq təşkilatların və ekspertlərin iştirakı ilə şəhərlərin dayanıqlı inkişafı, ekoloji davamlılıq, yaşayış mühitinin yaxşılaşdırılması və şəhər idarəçiliyinin müasir modelləri mövzularında fikir mübadiləsi aparmaq məqsədi daşıyır.
Qeyd edək ki, Beynəlxalq Forumda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevlə birlikdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov da iştirak edir.
Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil edilib
Sabunçu rayonunda Yeni Ramana küçəsinin bir hissəsində təmir işləri aparılacaq