Oktyabrın 2-də Bakıda Azərbaycan ilə Yaponiya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Yaponiya tərəfindən isə Xarici İşlər Nazirliyinin Avropa bürosunun Baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə Masaki İşikava başçılıq ediblər.
Siyasi məsləhətləşmələr zamanı siyasi, iqtisadi, investisiya, ticarət, təhsil, mədəniyyət, humanitar, enerji, ekologiya, iqlim, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
İkitərəfli münasibətlərin inkişafının müxtəlif sahələri, beynəlxalq arenada və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Nazir müavini Elnur Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərdə normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, investisiya layihələri haqqında ətraflı məlumat verib.
Kamaləddin Qafarov: Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi
Prezident İlham Əliyev Respublika Günü münasibətilə Prezident Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını təbrik edib
Ceyhun Bayramov: Bu gün imzalanan sənəd Azərbaycan-BMT tərəfdaşlığında yeni mərhələnin başlanğıcını qoyacaq
Vaşinqton Bəyannaməsi regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir