29 sentyabr 2025 21:16
105

Əməkdar artist Cabir İmanovla vida mərasiminin yeri məlum olub

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.

O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.