29 sentyabr 2025 08:50
140

Dərman qəbul etdikdən sonra halı pisləşən kişi xəstəxanada ölüb

Sumqayıtda dərmandan zəhərləndiyi ehtimal olunan kişi xəstəxanada ölüb.

Hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Həsənov Orxan Mayıl oğlunun halı dərman qəbul etdikdən sonra pisləşib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Report"