SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Göyçay rayonunda baş tutub.
“İki sahil” xəbər verir ki, Birlik rəhbəri Göyçayla yanaşı, Ağsu və digər ətraf rayonlardan qəbula üz tutan 21 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.
Sakinlər əsasən fərdi qazlaşma və işə qəbul ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib