Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında paylaşım edib.
"Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir", - XİN-in paylaşımında qeyd olunub.
Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib
Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir
Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib
Azərbaycan-Türkmənistan əlaqələri: Strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənir - ŞƏRH