İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında gedən müharibə səbəbindən ölkə iqtisadi təcrid dövrünə qədəm qoyur. Xüsusilə, o hesab edir ki, Çin və Qətər İsrailin legitimliyinə "hücum etməyə" hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail hökumətinin YouTube kanalında məlumat yayımlanıb.
"Bir neçə ölkənin təşkil etdiyi mühasirədən çıxmaq üçün bir neçə iş görməliyik. Onlardan biri Çin, digəri Qətərdir. Onlar Qərb dünyasının sosial şəbəkələrində İsrailin legitimliyinə hücum təşkil edirlər", - Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə mətbuat konfransında deyib.
Baş nazir əlavə edib ki, dünya bloklara bölünüb və İsrail onların heç birinə daxil deyil. Eyni zamanda, onun sözlərinə görə, ölkə öz potensialına arxalanaraq və ABŞ-ın dəstəyindən istifadə edərək təcriddən çıxmağa qadirdir.