15 sentyabr 2025 12:16
84

Konor Makqreqor namizədliyini geri götürdü

Keçmiş UFC çempionu Konor Makqreqor noyabrın 11-də İrlandiyada keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. O, namizədliyini geri götürüb.

“İki sahil” xəbər verir ki,  bu barədə o, X sosial şəbəkəsində məlumat verib.

"Diqqətlə düşünəndən və ailəmlə danışdıqdan sonra namizədliyimi geri götürmək qərarına gəldim. Bu, asan qərar deyildi, lakin bu, indiki məqamda düzgün qərardır. Mən İrlandiya xalqını əmin etmək istəyirəm ki, bu, mənim sonuncu seçkim olmayacaq. Siz mənim yenidən kampaniya apardığımı, hüquqlarınız uğrunda mübarizə apardığımı və millətimizi təmsil etdiyimi mütləq görəcəksiniz", - Makqreqor yazıb.

İrlandiyalı onu da bildirib ki, bu, onun siyasi kareyrasının sonu deyil, başlanğıcıdır. O, prezidentliyə namizəd olmaq niyyətini sentyabrın 4-də açıqlamışdı.