15 sentyabr 2025 12:12
83

Lukaşenko: Qərbin qeyri-dost siyasəti...

Qərb dövlətlərinin Belarusa qarşı qeyri-dost siyasəti getdikcə aqressivləşir.

“İki sahil” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Razvedçik” jurnalına müsahibəsində deyib.

"İkinci Dünya Müharibəsinin bitməsindən 80 il keçir və orada, Qərbdə hələ də ölkələrimizi və onların qardaş birliyini təhlükə hesab edirlər. Bu brend altında NATO tələsik Avropanı silahlandırır, Polşa və Baltikyanı ölkələr isə ağalarını razı salmaq üçün guya "qoruma" tədbirləri uydururlar. Qərbin bizə qarşı qeyri-dost siyasəti getdikcə daha da böyüyür, açıq şəkilə keçir"- deyə, o, qeyd edib.

Lukaşenko ölkələrin Ottava Konvensiyasından çıxmasını və Belarusla sərhədin minalanmasını respublikaya təzyiq cəhdi adlandırıb. Onun sözlərinə görə, Minsk qonşu ölkələrlə əməkdaşlığa hazırdır.