15 sentyabr 2025 11:43
99

“Akşam” qəzeti: Türkiyənin müdafiə sənayesi şirkətləri istiqaməti Afrikaya yönəldib

Malidə keçiriləcək “Bamako Expo- 2025” (BAMEX) sərgisində Türkiyənin onlarla müdafiə şirkəti öz məhsullarını təqdim edəcək.

“Akşam” qəzetinin məlumatına görə, noyabrın 11-dən 14-dək Bamakoda keçiriləcək sərgidə Türkiyə hərbi sənaye kompleksinin rəhbərləri iştirak edəcəklər.

“İki sahil” xəbər verir ki, qəzetin yazdığına görə, BAMEX-2025 Türkiyəyə afrikalı tərəfdaşlara genişspektrli müdafiə inkişaflarını nümayiş etdirməyə imkan verəcək.

Sərgidə Türkiyənin 30-a qədər şirkəti, o cümlədən ASELSAN, “Baykar”, “Makine Kimya Endüstrisi” (MKE), “Roketsan”, “Sarsılmaz”, TİTRA, STM və OTOKAR yeni məhsullarını Afrika ölkələrindən gələn nümayəndə heyətlərinə təqdim edəcək.

Qəzet yazır: “Malidəki sərgi Türkiyənin Afrika ölkələri ilə strateji əlaqələrini gücləndirəcək və Afrika dövlətlərinin müdafiə potensialını inkişaf etdirməyə kömək edəcək”. Materialda əlavə edilir ki, Malinin təhlükəsizlik və mülki müdafiə naziri Davud Əli Məhəmmədi BAMEX-2025-in planetin bu qitəsinidə sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə verdiyi töhfə baxımından ikinci ən böyük tədbir olduğunu bildirib.