Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 12-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq geniş vüsət alan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bu gün də ölkə başçılarının səyləri ilə davamlı inkişafda olduğu məmnunluqla ifadə edilib, Naxçıvanın Türk dünyası üçün önəmi xüsusi vurğulanıb.
Bölgəyə sülh və rifah gətirəcək Zəngəzur dəhlizinin reallaşması fonunda əlaqələrin daha da genişlənməsi imkanları nəzərdən keçirilib, Naxçıvanda nəqliyyat, logistika və mədənçilik sahələri üzrə birgə investisiya layihələrinə dair perspektivlər müzakirə edilib.
Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edilib, xatirə fotoları çəkdirilib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib