Özbəkistan Respublikasının Ali Məclisinin (parlament) Qanunvericilik Palatası əvvəlcədən razılıq olmadan insanların çəkilişini və onların şəkillərindən istifadəni qadağan edən qanun layihəsinə baxır.
“İki sahil” xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının Telegram kanalı məlumat yayıb.
“İnformasiya-kommunikasiya sahəsinin sürətli inkişafı şəraitində bəzi hallarda şəxsin imicindən istifadədə şəxsi toxunulmazlıq hüququ onun həyata keçirilməsi üçün effektiv mexanizmlərin olmaması səbəbindən məhdudlaşdırılır”, - deyə parlamentin bəyanatında qeyd olunur.
Qanun layihəsində icazənin alınmasının könüllü sayılacağı halların siyahısının da daxil edilməsi nəzərdə tutulur. Sənəddə əmək münasibətlərində təsvirlərdən istifadə ilə bağlı müddəalara aydınlıq gətiriləcək.