Çin, Rusiya və Monqolustanun silahlı qüvvələri "Sərhəd əməkdaşlığı - 2025" adlı birgə sərhəd müdafiə təlimləri keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə "Çjunqo Szyunhao" informasiya resursu məlumat yayıb.
Məlumata görə, bunlar Çin, Rusiya və Monqolustan sərhədçilərinin sentyabrın 8-9-da üç ölkənin sərhədyanı ərazilərindən birində keçirilən ilk təlimləridir.
Onların məqsədi sərhəddə təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsində üç ölkə arasında strateji əməkdaşlıq səviyyəsini artırmaqdır.
Təlimlər zamanı üç ölkənin silahlı qüvvələrinin sərhəd mühafizəsi, birgə planlaşdırma və kəşfiyyat, eləcə də birgə zərbələr üzrə qarşılıqlı fəaliyyətin yeni modelləri tətbiq edilib.