Uzunmüddətli Fond Birjası (LTSE) şirkətlərin rüblük maliyyə hesabatlarını dərc etməsi tələbinin ləğvi üçün ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciət etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Kaliforniyada yerləşən birja SEC-ə petisiya vermək niyyətindədir, buna əsasən şirkətlərdən maliyyə nəticələrini hər üç aydan bir dərc etmələri tələb olunmayacaq, onlar bunu ildə iki dəfə edəcək. Uzunmüddətli Fond Birjası hesab edir ki, belə bir addım şirkətlərə rüblük müsbət nəticələrə nail olmaqdansa, diqqətlərini uzunmüddətli hədəflərə yönəltməyə imkan verəcək.
"Biz ictimai şirkətin nə qədər ağır olduğu haqqında çox eşidirik", - "The Wall Street Journal" birjanın baş direktoru Bill Hartsdan sitat gətirib. "Bu ideyanı həyata keçirməyin vaxtı çatıb (rüblük hesabatın ləğvi – red)", - o vurğulayıb.
Bundan əlavə, nəşr qeyd edib ki, birja nümayəndələri onların təşəbbüsünün şirkətlərin sayında azalma tendensiyasını dayandırmağa kömək edəcəyinə inanırlar. İyunun sonuna olan məlumata görə, ABŞ-də səhmləri birjalarda satılan 3 700 şirkət var. Bu, üç il əvvəllə müqayisədə 17 % azdır. Avropa İttifaqı və Böyük Britaniya şirkətlərin maliyyə göstəricilərini hər üç aydan bir dərc etməsi tələbindən imtina edib.
Qeyd edilir ki, birja nümayəndələri artıq SEC nümayəndələri ilə görüşüblər və tənzimləyici ilə danışıqların nəticələrindən razı qalıblar.