07 sentyabr 2025 19:56
165

Netanyahu təxminən 100 min insanın Qəzza şəhərini tərk etdiyini bildirib

İsrail ordusunun planlaşdırdığı hərbi əməliyyat fonunda 100 minə yaxın mülki şəxs Qəzza şəhərini tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

"100 minə yaxın insan Qəzzanı tərk edib. HƏMAS onların getməsinin qarşısını almaq üçün əlindən gələni edir, onları orada “canlı qalxanlar” kimi saxlayır", - deyə o bildirib.

Onun sözlərinə görə, "hücumları terrorçulara yönəltmək və mülki əhaliyə çıxmaq imkanı vermək istəyirik".