07 sentyabr 2025 11:36
117

Finlandiya 100-dən çox Rusiya vətəndaşını deportasiya edib

Finlandiya bu il yüzdən çox Rusiya vətəndaşını deportasiya edib.

“İki sahil” "Iltalehti" qəzetinə istinadla xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında 104 Rusiya vətəndaşı Finlandiyadan deportasiya edilib.

Nəşrin məlumatına görə, bəzi rusiyalılar ölkəni könüllü tərk etməkdən imtina edib, buna görə də polis onları Türkiyəyə müşayiət edib. Onlar oradan isə öz vəsaitləri hesabına yollarına davam ediblər. Digər hallarda deportasiya edilənlər ən yaxın açıq sərhəd keçidinin yerləşdiyi Narvaya (Estoniya) aparılıb.

Qeyd olunur ki, Finlandiya 2023-cü ilin noyabrında Rusiya ilə bütün sərhəd məntəqələrini bağlayıb.