Bundesver (Almaniya Silahlı Qüvvələri) "Quadriga-2025" təlimlərində iştirak etmək üçün Litvaya mindən çox hərbi texnika göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi Bundesver nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, təlimlər Baltik dənizi regionunun hərbi münaqişə şəraitində qorunmasını məşq etməyə yönəlib.
Nümayəndənin sözlərinə görə, döyüş maşınları, zirehli təmir-bərpa maşınları, tibbi yük maşınları və digər texnika müşayiət edən heyətlə birlikdə iki yük gəmisi ilə Litvaya göndərilib.
"Quadriga-2025" təlimləri bir neçə mərhələdə avqustun 18-dən sentyabrın 30-dək Almaniya, Litva, Finlandiya ərazilərində və Baltik dənizində keçirilir. Təlimlərə 14 ölkədən 8 000-dən çox hərbi qulluqçu, 40 gəmi, 30 təyyarə və 1 800-dən çox texnika cəlb olunub.