Daşkəsəndə mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb, saxlanılanlar var.
Daşkəsən rayon sakinləri, 1992-ci il təvəllüdlü Asəf İsmayılov və 2010-cu il təvəllüdlü C.Ələkbərov mübahisə zəminində bıçaq xəsarətləri alıblar.
Zərərçəkənlər Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2005-ci il təvəllüdlü Elgün Məmmədov və 2007-ci il təvəllüdlü Zamin Rzazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Xəzərin sahilboyu ərazilərində mövcud tikililərin gələcək taleyi ilə bağlı məsələlərə aydınlıq gətirilib
Xəzər akvatoriyasına aid ərazilərin hüquqi statusu aidiyyəti qurumlarla birgə dəqiqləşdiriləcək