05 sentyabr 2025 23:44
115

"Teleqram"da problem yarandı

Teleqramın işində nasazlıq yaranıb. 

“İki sahil” xəbər verir ki, bu barədə “Downdetector” analitik platforması məlumat yayıb.

Platforma istifadəçilərinin yarıdan çoxu (51%) teleqramda nasazlıq olduğunu bildirib. Onlardan bəziləri bildirişlərin gəlməməsindən şikayətlənib. İstifadəçilər həmçinin yazıların altına şərh yaza bilmədiklərini və media fayllarının yüklənmədiyini yazıb.