"Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb.
Diplomat xatırladıb ki, sentyabrın 3-də AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reysi həyata keçirilib:
"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".