05 sentyabr 2025 19:40
120

Dialoqu davam etdirəcəyik - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşünün məzmunlu olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

"Bu səfərə görə təşəkkür edirəm. Bizim məzmunlu söhbətimiz oldu. Bu dialoqu davam etdirəcəyik", - V.Zelenski bildirib.

O həmçinin qeyd edib ki, Slovakiyanın Baş nazirini ABŞ Prezidenti Donald Trampla söhbəti və "İstəklilər koalisiyası"nın iclasının nəticələri barədə də məlumatlandırıb.