Dərin və sağlam yuxunun vitaminlərdən daha güclü olduğunu bilirsinizmi? Bədənin infeksiyalarla mübarizə aparmasına və sağlam qalmasına kömək etmək üçün ilk növbədə düzgün yatmağı öyrənməlisiniz.
Payız soyuqdəymə və viruslar mövsümüdür. Bu mövsümdə immunitet sisteminin xüsusi dəstəyə ehtiyacı var. Bəs xəstəliklərdən qorunmağın əsas sirri həblərdə deyil, yuxunuzdadırsa necə?
“Rosiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişinin aparıcıları budəfəki buraxılışda mütəxəssislərlə birlikdə keyfiyyətli yuxunun immunitet sisteminə müsbət təsir etdiyini və normal istirahət etməyənlərin tez-tez xəstələndiyini vurğulayıblar.
“Viruslardan effektiv qorunma üçün yatmaq lazımdır və gecəyarısından əvvəl yatmaq orqanizmin sirkadiyalı ritmlərinin düzgün fəaliyyəti üçün vacibdir. Yalnız bir yuxusuz gecə immunitet hüceyrələrinin fəaliyyətini 70% azalda bilər. Bədən dərin yuxu zamanı sitokinləri - infeksiya və iltihablarla mübarizə aparan zülalları istehsal edir”,-deyə mütəxəssislər açıqlayıblar.
Nubar Süleymanova, “İki sahil”