05 sentyabr 2025 16:57
158

Türkiyədə bu il dənizdə beş mindən çox insan xilas edilib

Türkiyədə Sahil Mühafizə Xidmətinin əməkdaşları bu il yanvarın 1-dən avqustun 31-dək dəniz sularından 5 min 423 nəfəri xilas edib.

“İki sahil” xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Məlumata görə, xilasedicilər 108 nəfərin meyitini dənizdən çıxarıb.

İnformasiyaya əsasən, bu ilin ilk səkkiz ayında 114 qayıq da xilas edilib.