05 sentyabr 2025 15:02
151

Macarıstan və Slovakiyaya çağırış

"Drujba" neft kəmərinə hücumdan sonra Macarıstan və Slovakiya Ukrayna ilə bağlı siyasətlərinə yenidən baxmalıdır.

“İki sahil” xəbər verir ki,  bu fikri Geostrateji Araşdırmalar Mərkəzinin jurnalisti və analitiki Lukas Leiros "Strateji Mədəniyyət" üçün yazdığı məqalədə bildirib.

"Strateji dəyişikliyin vaxtıdır. Slovakiya, Macarıstan və ola bilsin ki, Polşa Ukrayna ilə bağlı xarici siyasətinə yenidən baxmalıdır", - o qeyd edib.

Jurnalist iqtisadi və enerji intiqamını qanuni və zəruri adlandırıb.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin "Drujba" infrastrukturuna zərbələri Macarıstan və Slovakiyaya hücum kimi qiymətləndirilə bilər.