Ukrayna hesab edir ki, Avropanın “Sky Shield” hava hücumundan müdafiə sistemi ölkə üçün Avropa qoşunlarının ölkəyə göndərilməsindən daha etibarlı təhlükəsizliyin təminatı olardı.
“İki sahil” xəbər verir ki, bu barədə “Military Times” Kiyevdəki bir məmura istinadla məlumat yayıb.
O, qoşunların ölkədə yerləşdirilməsinin təhlükəsizliyin bahalı təminatına çevriləcəyindən narahatlığını ifadə edib.
Mənbə belə bir tədbirin “təsdiq edilməmiş nəticələrinə” də işarə edib.
Daha əvvəl AK rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Avropa İttifaqı artıq Ukrayna üçün 90 minə yaxın hərbçi hazırlayıb.