Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdərə rayonunun Vəngli kəndinə köçürülən 34 ailəni sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.
“İki sahil” xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Qeyd edilib ki, keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı barədə məlumat verilib.
Mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Taksi minik avtomobili sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan olunub
Bakı Təşəbbüs Qrupunun sosial şəbəkə hesablarına kiberhücumlar həyata keçirilir