02 sentyabr 2025 17:46
151

Bu qərar təcili olaraq yenidən nəzərdən keçirilməlidir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.

"Bu qərar təcili olaraq yenidən nəzərdən keçirilməlidir. BMT Baş Assambleyası dünya problemlərini müzakirə etmək və həll yolları tapmaq üçün mövcuddur", - o bildirib.