02 sentyabr 2025 16:37
148

Avropa İttifaqı əhalisinin 12 faizi ətraf mühitin çirkliliyindən şikayətlənir

Avropa İttifaqı (Aİ) əhalisinin 12,2 faizi ekoloji problemlərin və çirklənmənin ev təsərrüfatlarına təsir etməsindən şikayətlənib.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ Statistika İdarəsinin (Eurostat) hesabatında qeyd edilib.

Bu problemlərdən ən şikayət edən Malta (34,7 faiz), Yunanıstan (20,5 faiz), Almaniya (16,8 faiz) və Fransa (16 faiz) əhalisi olub. Ən az şikayətlər isə Xorvatiya (4,2 faiz), İsveç (5 faiz) və Slovakiya (5,8 faiz) əhalisi tərəfindən bildirilib.

Aİ səviyyəsində çirklənmə, kirlənmə və ya digər ekoloji problemlərə məruz qalma dərəcəsi şəhərləşmə səviyyəsi ilə artıb. Kəndlərdə yaşayanların 6,8 faiz bu problemlərdən təsirləndiyini bildirdiyi halda, bu göstərici qəsəbə və şəhərətrafı zonalarda 10,5 faiz, şəhərlərdə isə 17,2 faiz təşkil edib.

Qeyd edək ki, bu məlumatlar hər üç ildən bir keçirilən, gəlir və yaşayış şəraitini əks etdirən Aİ statistikasının bir hissəsi olan “Əmək bazarı və yaşayış şəraiti” modulunda əksini tapıb.