02 sentyabr 2025 16:28
142

NATO-ya üzv dövlətlər ABŞ-dən Ukrayna üçün 2 milyard dollarlıq silah alıb

NATO ölkələri avqustun əvvəlindən ABŞ-dən Ukrayna üçün 2 milyard dollarlıq silah alıb.

“İki sahil” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Lüksemburqda keçirilən mətbuat konfransında bildirib.

"NATO ölkələri artıq ABŞ-dən Ukrayna üçün 2 milyard dollarlıq silah alıb", - o qeyd edib.

ABŞ Ukraynaya silah tədarükü avqustun əvvəlindən başladılan sxemə uyğun həyata keçirilib.