Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.
“İki sahil” xəbər verir ki, ötən ay paytaxt və regionlarda daha 2050 nəfər işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.
Proqrama cəlb olunan şəxslər ilk mərhələdə təlimlərə cəlb edilir. Onlar bu təlimlərdə kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara yiyələnirlər.
Təlimləri uğurla bitirən proqram iştirakçıları aktivlərlə təmin olunurlar.
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
ƏMAS-da daha bir yenilik: İşəgötürənə şəxsiyyət vəsiqəsinin müddəti bitən işçilər barədə e-qaydada məlumat veriləcək
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edir.