Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iqtisadiyyatına sərmayəsi 34 milyard dolları ötüb.
“İki sahil” xəbər verir ki, bunu Çin Sədri Si Cinpin deyib.
"Bu günə kimi Çinin ŞƏT-ə üzv olan digər dövlətlərə investisiyalarının həcmi 34 milyard dolları, digər ölkələrlə ikitərəfli ticarətin illik həcmi isə 500 milyard dolları ötüb", - o, ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasında deyib.