Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında 3-cü mikrorayon bazarının qarşısında qeydə alınıb.
İlkin məlumata görə, iki "KamAZ" markalı yük avtomobili ilə dörd minik maşını toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib, yolda hərəkət məhdudlaşıb.
Hadisə şahidlərinin sözlərinə görə, yolun üzərinə yağ töküldüyündən avtomobillərin idarəetməni itirməsi qəzanın baş verməsinə səbəb olub.
Oxu.Az
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
ƏMAS-da daha bir yenilik: İşəgötürənə şəxsiyyət vəsiqəsinin müddəti bitən işçilər barədə e-qaydada məlumat veriləcək