Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanla şirkət arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Ələt Azad İqtisadi Zonasında yaxın gələcəkdə Günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisənin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu. Vurğulandı ki, burada istehsal ediləcək məhsulların böyük hissəsinin dünya bazarlarına ixracı nəzərdə tutulur.
Sie İ ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını və Azərbaycanla Çin arasında mövcud olan strateji əlaqələri nəzərə alaraq məhz Azərbaycana investisiya qoymaq barədə qərara gəldiklərini dedi.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır