22 avqust 2025 14:03
119

Qriqoryan ABŞ-nin İrəvandakı səfiri ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin İrəvandakı səfiri Kristina Kvinlə görüşü zamanı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.

Onlar regional kommunikasiyaların açılması məsələsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Görüşdə tərəflər həmçinin Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin gündəliyini və onların inkişafı ilə bağlı gələcək addımları müzakirə ediblər.