ABŞ Prezidenti Donald Trampın iyul ayında, vitse-prezident Cey Di Vensin isə avqustda Şotlandiyaya səfərləri ölkə polisinin fəaliyyətini xeyli gərginləşdirib.
“İki sahil” “Sky News”a istinadla xəbər verir ki, Şotlandiya Polis Departamentinin rəis müavini Ceyn Konnors bu yayın polis üçün çox gərgin keçdiyini bildirib. Onun sözlərinə görə, əlavə tədbirlər şəxsi heyətin üzərinə böyük yük qoyub.
“Biz həm Tramp və Vensin səfərlərində, həm də digər mühüm tədbirlərdə təhlükəsizlik və asayişi təmin etdik. Bununla yanaşı, icmalarımız üçün gündəlik polis xidməti də davam etdirildi. Əməkdaşlarımız uzun və gərgin yay mövsümündən sonra xeyli yorulublar”,- deyə o qeyd edib.
Digər rəis müavini Alan Spirs isə açıqlayıb ki, yalnız iyul ayında əməkdaşların tətilə çıxa bilmədiyi günlərin əvəzinə polis əməkdaşlarına 500 min funt sterlinq kompensasiya ödənilib.