Böyük Britaniyanın "GB News" telekanalının aparıcısı Mişel Dyuberri efirdə miqrantlar üçün nəzərdə tutulan güzəştlərin siyahısını oxuyub və studiyanı tərk edib.
“İki sahil”in "Daily Express" nəşrinə istinadən verdiyi xəbərə görə, jurnalist Britaniya hökumətinin onlara verdiyi imtiyazların çoxluğundan qəzəblənib.
Efirdə Dyuberri deyib ki, miqrantlar dövlətdən verilən qida və mənzildən əlavə, pulsuz olaraq dişlərini müalicə etdirə və oftalmoloqa müraciət edə bilərlər. Bundan əlavə, onun sözlərinə görə, qaçqınlar yemək bişirməyi və üzməyi ödənişsiz əsasda öyrənə bilərlər.
"İnanılmazdır və bu, son deyil! Buraya gələndə pulsuz mobil telefon... Onların həyatı mənimkindən yaxşıdır. Mən gedirəm. Əlvida!", - deyə aparıcı vurğulayıb və studiyanı tərk edib.