17 avqust 2025 15:15
143

Ursula fon der Lyayen Trampla Zelenskinin görüşündə iştirak etmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Ursula fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.

"Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qatılacam", - deyə o bildirib.

Avropa Komissiyası rəhbəri həmçinin təsdiqləyib ki, avqustun 17-də Zelenskinin iştirakı ilə “istəklilər koalisiyası” telekonfransı keçiriləcək.