Yaponiya hökuməti avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan Rusiya-Amerika sammitini diqqətlə izləyir.
“İki sahil” xəbər verir ki, bunu Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında deyib.
“Ölkəmiz bu görüşü diqqətlə izləyir”, - deyən Yoşimasa Hayaşi qeyd edib ki, ABŞ və Rusiya liderləri arasında Ukraynada münaqişə başlayandan bəri bu ilk görüş mühüm beynəlxalq məsələlərə böyük təsir göstərəcək.
Yaponiya hökumətinin baş katibi Tokionun ABŞ prezidenti Donald Trampın Ukraynadakı yanğına son qoymağa yönəlmiş təşəbbüslərini alqışladığını, Rusiyanın qarşıdakı danışıqlarda müsbət yanaşmaya ümid etdiyini bildirib.