14 avqust 2025 09:48
172

“Politico”: ABŞ Ukraynaya təhlükəsizlik zəmanətini yalnız NATO xaricində verməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Ukrayna tərəfinə yalnız Şimali Atlantika Alyansı ilə əlaqəsi olmadığı halda, təhlükəsizlik zəmanəti verməyə razılaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bundan əvvəl “The Daily Telegraph” qəzeti Qərb mənbələrinə istinadla yazıb ki, Kiyev NATO-ya üzv olmaq imkanı müqabilində itirdiyi ərazilərdən imtina edə bilər.