09 avqust 2025 14:20
139

Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışlayıb

Fransanın Bakıdakı səfirliyi Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Fransa Vaşinqtonda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşmanın elan edilməsini alqışlayır", - paylaşımda qeyd olunub.