Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və bu səfər çərçivəsində keçirəcəyi görüşlər, eləcə də bu səfərdən gözləntilər barədə silsilə materiallar dərc ediblər.
“İki sahil” xəbər verir ki, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı avqustun 7-də və 8-də silsilə materiallar yayıblar.
Qeyd olunur ki, avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.
Dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalandığı bildirilir.
Materiallarda Prezident İlham Əliyevin Vaşinqtona səfərinin ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı xüsusi vurğulanıb.
Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampla və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi, eləcə də Birləşmiş Ştatların Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanacağı, Zəngəzur dəhlizi ilə bağlı konkret qərarın qəbul ediləcəyi barədə də fikirlər yer alıb.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır