07 avqust 2025 17:06
143

Masallıda meşə zolağı yanğından mühafizə olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 hektar sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.