05 avqust 2025 09:50
87

Azərbaycanda “WhatsApp” messencerinə girişdə problem yaşanır

Azərbaycanda “WhatsApp” messencerinə girişdə problem yaşanır.

“İki sahil” xəbər verir ki, proqram istifadəçiləri messencerin veb versiyasına daxil ola bilmirlər.

Bəzi istifadəçilər veb versiyaya girə bilsələr də, tətbiq qısa müddət sonra avtomatik bağlanır.

Mövcud problemlə bağlı hələlik rəsmi açıqlama yoxdur.