Beyrut dəniz limanında beş il əvvəl baş vermiş fövqəladə vəziyyətin səbəblərini araşdıran müstəqil komissiya ilin sonuna qədər işini başa çatdıra bilər.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Livan prokurorluğundakı mənbə məlumat verib.
"Biz gözləyirik ki, ilin sonuna qədər komissiyaya rəhbərlik edən hakim Tarek Bitar ittiham aktını hazırlayıb təsdiq olunmaq üçün respublikanın baş prokuroru Camal Həccara təqdim edəcək", - mənbə bildirib.
Onun sözlərinə görə, müstəntiq böyük iş görüb və son mərhələyə çatıb. Qeyd edək ki, 4 avqust 2020-ci ildə baş verən hadisə 1500 ton trotil gücünə bərabər güclə tarixdə ən böyük qeyri-nüvə partlayışlarından biri kimi tanınır.