02 avqust 2025 19:52
127

Ömer Çelik: Azərbaycan qazının nəqli Suriyada sosial həyatının bərpası baxımdan əhəmiyyətlidir

Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqli bu ölkənin dağılmış infrastrukturunun, sosial həyatının bərpası baxımından son dərəcə əhəmiyyətlidir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik keçirdiyi mətbuat konfransında deyib.

Türkiyənin enerji diplomatiyasının mərkəzinə çevrildiyini vurğulayan Ö.Çelik həmçinin qeyd edib ki, bu addım regionda sabitliyin təmin olunmasına da töhfə verəcək.

Qeyd edək ki, bu gün Azərbaycandan Suriyaya qaz tədarükünə başlanılıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.