02 avqust 2025 19:12
112

İtaliyanın şimalındakı Dolomitlərin sakinləri dağ yollarında turniket quraşdırıblar

İtaliyanın şimal-şərqindən keçən Alp dağlarında ecazkar təbiət mənzərəsinə malik Dolomitlərdə sakinlər turist axınına qarşı mübarizə aparmaq üçün dağ yollarında turniket sistemi quraşdırıblar.

“İki sahil” xəbər verir ki, sakinlərin bu addımı atmasına səbəb sosial medianın təsiri ilə bölgədə hər gün turist sayının artmasıdır. Onlar bu vəziyyətə görə xüsusilə səyyahların və influnserlərin məsuliyyət daşıdıqlarını bildirirlər.

Sakinlərin fikrincə, səyyahlar və influnserlər bölgəyə gələn turistlərin sayının artmasına səbəb olur, nəticədə ziyarətçilər təbiətə ciddi ziyan vururlar. Həmçinin turistlər yaxşı fotoşəkil çəkmək üçün şəxsi ərazilərə daxil olurlar. Buna görə də sakinlər bəzi yerlərdə turniket quraşdırıb və turistlərdən 5 avro tələb edirlər.

Qeyd edək ki, İtaliya qanunlarına görə təbii parklara giriş pulsuzdur.

Dolomitlər 2009-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.