02 avqust 2025 16:02
117

Azərbaycanda geniş mənada pul kütləsi 8 %-ə yaxın artıb

Bu il iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 468 milyon manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəli ilə müqayisədə 4,2 %, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 817,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,9 %, ilin əvvəli ilə müqayisədə 0,5 %, ötən ilin eyni dövrünə nisbətən 4,8 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 430 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,7 % az, ötən ilin eyni dövrünə nisbətən 3,1 % çoxdur.

İyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 513,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,1 %, ilin əvvəli ilə müqayisədə 4,1 %, ötən ilin eyni dövrünə nisbətən 5,9 % çoxdur.