02 avqust 2025 11:14
110

Maşının vurduğu şəxs xəstəxanada ölüb

Bakının Xəzər rayonunun Qala qəsəbəsində 18 yaşlı şəxsi avtomobil vurararaq öldürüb.

“İki sahil” xəbər verir ki, Əliyev Balatahir Bəyalı oğlu idarə etdiyi “VAZ 2104” markalı avtomobil ilə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətində hərəkətdə olarkən, piyada – 05.05.2007-ci il təvəllüdlü Hüseynov Polad Anar oğlunu vurub.

Nəticədə Polad Hüseynov aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.