01 avqust 2025 15:41
149

Magistraturaya sənəd qəbulunun vaxtı avqustun 4-dək uzadılıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.